Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Almaniyada məscid yandırılıb

Aprel 15
16:49 2015

Naməlum şəxs benzin ilə məscidi yandırmağa cəhd edib.

Almaniyanın Vitten şəhərində Türk İslam Birliyinə aid Mərkəz məscidi yandırılıb.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, məscidə sübh namazına gələn camaat içəridəki xalçaların yandığını görüb. Hadisə ilə bağlı dərhal polis və yanğın söndürmə dəstələrinə xəbər verilib.

Yanğını xilas etmə dəstələri qısa müddətdə söndürüb. Polis təhlükəsizlik kamerasının lentə aldığı görüntüləri araşdırıb. Alman mətbuatında yer alan xəbərlərə görə, məscidə girən bir adam namaz qılınan hissəyə benzin töküb yandırıb və hadisə yerindən uzaqlaşıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər