Almaniyada müsəlmanlara qarşı təxribat – ÖLƏNLƏR VAR
809 dəfə baxılıb
Ötən gün gecə Almaniyanın Köln şəhərində müsəlmanlara qarşı dini ayrı-seçkilik zəminində təxribat baş verib. Belə ki, sözügedən şəhərdə yaşayan müsəlmanlarla bir qrup tələbə arasında kütləvi toqquşma olub.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, tərəflər arasında dava zamanı beysbol zopası və dəyənəklərdən istifadə olunub, son məlumata görə, 4 nəfər ölüb, 2 nəfər isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib.
Güman olunur ki, təxribat qrupu 30 nəfərdən ibarət olub. Şahidlərin dediyinə görə, bir qrup tələbə isə sonradan gələrək kütləvi davaya qoşulub.
Almaniyanın “Focus” jurnalı əlavə olaraq bildirib ki, digər alman vətəndaşları məsələyə müdaxilə etməyiblər. Güman edilir ki, dava Ramazan ayının məsxərəyə qoyulması nəticəsində başlayıb.
Xatırladaq ki, son həftələrdə Almaniyada bu kimi təxribatların sayı durmadan artmaqdadır. Əsasən Hamburg, Drezden və Berlin kimi şəhərlərdə buna bənzər hadislər intensivləşib
Sələf Xəbər: Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 185-ci ayə)
Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)