Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Almaniyada universitetlər namaz otaqlarını ləğv edirlər

Mart 17
16:33 2016

Almaniyanın 3 universiteti müsəlmanlar üçün nəzərdə tutulmuş namaz otaqlarını bağlayıb. Bunlar Berlin və Dortmund şəhərlərində yerləşən Texniki universitetlər və Duisburg-Essen Universitetidir.

“Sələf Xəbər”in İslam-today.ru-ya istinadən məlumatına görə, Britaniyanın “The Independent” qəzetinin yazdığı məlumatda bildirilir ki, bu hadisə Almaniyadakı müsəlman icmalarının böyük narazılığına səbəb olub və onlar ölkənin hakimiyyət orqanlarını ayrı-seçkilikdə ittiham ediblər.

Berlin Texniki Universitetinin rektoru Kristian Tomsen universitetdə müsəlmanlar üçün nəzərdə tutulmuş namaz otaqlarının bağlanmasını onunla izah edib ki, guya ali təhsil və din bir-birinə mane olur.

Rektor, həmçinin bildirib ki, əvvəllər müsəlman tələbələrə ibadət etmək üçün heç bir yer yox idisə, indi bütün Berlində kütləvi namaz otaqları fəaliyyət göstərir. Bu səbəbdən, universitet daxilində namaz otaqlarının olmasına lüzum yoxdur.

Duisburg-Essen Universitetinin rəhəbərliyi isə namaz otaqlarının bağlanmasını universitet daxilində tədris otaqlarının çatışmazlığı ilə izah edib.

“Bizim universitetdə 130 millətin nümayəndəsi oxuyur və biz hər din və ya mədəniyyətə malik şəxslər üçün ayrı-ayrılıqda ibadət otaqları təşkil edə bilmərik. Son 20 il ərzində Almaniyada müsəlmanlar üçün yüzlərlə ibadət yerləri açılıb və universitet daxilində əlavə otaqlara ehtiyac olmadığını düşünürük” – deyə, universitet rəhbərliyi rəsmi çıxışında bildirib.

Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)

Uca Allahdan bütün müsəlmanları doğru yola yönəltməsini və onlara dinlərinə tam şəkildə etiqadında kömək etməsini diləyirik. Amin!
Həmçinin Allah-Təaladan İslama istehza edən qeyri-müsəlmanları alçaltmasını və cəzalandırmasını istəyirik!

Digər xəbərlər