Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Almaniyalı müsəlmanlar: terrorçular islam dininin adından danışmasın!

Sentyabr 18
16:01 2014

“Sələf Xəbər” english.alarabiya.net xəbər portalına istinadən xəbər verir ki, Almaniyanın 2 mindən çox məscidi bütün ölkə vətəndaşlarını, cümə namazlarına qoşularaq “İraq və Şamda İslam Dövləti” (İŞİD) terror xəvaric təşkilatına qarşı birləşmiş cəbhə yaratmağa çağırıb. Bu təşəbbüsün məqsədi, gənc müsəlmanları Suriya və İraqa yollanaraq radikal islamçıların tərəfində döyüşməkdən çəkindirməkdir.

Ölkənin 4 əsas müsəlman təşkilatı, Almaniyalı müsəlmanların İŞİD-in sıralarına qoşulması və ölkəyə radikal fikirlər və döyüş təcrübəsi ilə dönərək ölkənin milli təhlükəsizliyinə təhdid törətməsi barədə narahatçılıqlara cavab olaraq bu təşəbbüslə çıxış ediblər: “Biz istəyirik ki, terrorçular və cinayətkarlar islamın adından danışmasınlar, onların əməlləri dinimizin hökmlərinə ziddir, qatillərin və cinayətkarların bizim sıralarımızda, bizim dinimizdə yeri yoxdur.”, Müsəlmanların Mərkəzi Şurasının sədri Ayman Mazyek Berlində keçirilən mətbuat konfransında bildirib.

Təşəbbüskarlar təşkil etdiyi dinc yürüşlərə Daxili İşlər naziri de Maizier və Berlin şəhərinin meri Klaus Voverayt də daxil olmaqla bir sıra dövlət məmuru qatılıb.

Qeyd edək ki, rəsmi hesablamalara görə, 400 Almaniya vətəndaşı İraq və Suriyada İD terror xəvaric qruplaşmasının sıralarına qoşulub. Qruplaşmanın əleyhinə bəyanatla çıxış edən de Maizier, ölkənin 4 milyonluq müsəlman əhalisini İD-in gəncləri xüsusilə internet vasitəsilə cəlb etməsi barədə xəbərdar edərək ayıq-sayıq olmağa çağırıb.

Almaniyada ilk dəfə olaraq, Frankfurt şəhərində 20 yaşlı gənc terror qruplaşmasına qoşulmaq üçün Suriyaya getməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib.

Cümə təşəbbüsünün təşkilatçılarından biri olan Ali Kızılkaya bildirib ki, müsəlman icması gənc müsəlmanların radikallaşdırılmasının qarşısını almaq üçün bütün alman cəmiyyətinin dəstəyinə ehtiyac duyur: “Onlar bizim gənclərimizdir. Ora gedənlər təkcə müsəlmanlar üçün yox, bütün cəmiyyət üçün itkidir” – o deyib.

“Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər