Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Alyaskada məscid tikilir

Avqust 18
18:34 2014

“İslam-today” İslamnews-a istinadən bildirir ki, ABŞ-ın qütb dairəsi arxasında yerləşən yeganə ştatı Alyaskanın ən iri şəhəri – Ankoricdə hazırda tam sürətlə məscid tikintisi gedir.

Yeni müsəlman ibadətgahında döşəmələr istilətmə sistemi ilə təchiz olunacaq ki, məscid hətta ən sərt qütbarxası qışlarda belə ibadətə gələnləri qəbul edə bilsin.

Qeyd edək ki, 300 000 nəfər əhalisi olan Ankoric – ABŞ-ın məscidi olmayan bir neçə böyük şəhərlərindən biridir.

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).

Digər xəbərlər