Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Amerikalı İŞİD tərəfdarı Obamanı güllələmək istəyirmiş

Mart 07
19:42 2015

Ağ Evə qarşı terror aktları hazırlamaqda şübhəli bilinərək həbs edilən amerikalı istintaqa ifadələr verib.

“Sələf Xəbər” Publika.az-a istinadən xəbər verir ki, həmin şəxs prezident Barak Obamanı güllələmək niyyətində olub.

Ohayo ştatının 20 yaşlı sakini Kristofer Li Kornell yerli telekanalların birinə zəng edərək İŞİD terror xəvaric qruplaşması tərəfdarı olduğunu bildirib.

Terrorçulara simpatiyasını gizlətməyən gənc oğlan telekanala müsahibə verən zaman deyib ki, ABŞ-ın İŞİD terror xəvaric qruplaşmasının bazalarını bombalamasına cavab olaraq qisas almaq istəyir: “Ağ Evə daxil olub əvvəlcə prezident Barak Obamanı, sonra isə Konqres üzvlərini başından güllələyərdim”.

Bundan sonra polis onu həbs edib. Məhkəmədə Kornellin vəkilləri həmin açıqlamanın videosunun nümayişinə etiraz ediblər. Lakin hakim bu tələbi rədd edib.

Sələf Xəbər: “Belə yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqq sözünü çatdırmaq üçün gəldi.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır. Şübhə yoxdur ki, kamikadzelərin özlərini partlatması və bu zaman dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz”.

Təəssüf ki, bəzi insanlar dini şüarlardan istifadə edərək fəsadın müxtəlif növlərinə əl atırlar. Bununla (terror aktları və kamikadzelər ilə) əlaqədar olaraq XX əsrin görkəmli sünni alimi, mərhum Əbdül Əziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz” 7/120)

Digər xəbərlər