Amerikalılar immiqrantlardan daha çox cinayət törədir – ARAŞDIRMA
1. 038 dəfə baxılıb
Sosial araşdırmalar nəticəsində ABŞ-da yaşayan immiqrantların köklü amerikalılara nisbətən daha az cinayət törətdikləri məlum olub.
“Selefxeber.az“-ın “The Hill” nəşrinə istinadən xəbərinə görə, iki müstəqil tədqiqat şirkətinin fəaliyyəti nəticəsində belə bir ortaq nəticə əldə olunub.
Bu sahədə ilk tədqiqat insan hüquqları üzrə ixtisaslaşmış “The Sentencing Project” şirkəti tərəfindən həyata keçirilib. Digər bir araşdırma isə Amerikanın Cato İnstitutu tərəfindən aparılıb. Məlum olub ki, ABŞ həbsxanalarında 2 milyon nəfər amerikalı məhbus olduğu halda, 123 000 nəfər qaçaq immiqrant və 64 000 nəfər qeydiyyatlı xarici ölkə vətəndaşları var.
Hər iki təşkilatın araşdırmaları onu göstərib ki, müxtəlif irq və dinlərə mənsub olan immiqrantlar arasında cinayət halları köklü amerikalılara nisbətən daha az baş verir.
Xatırladaq ki, Donald Tramp prezident seçkiləri ərəfəsində qanunsuz immiqrqasiyanın ölkə üçün iqtisadi təhlükə və cinayətlərin artımı olaraq ikiqat risk daşıdığını vurğulamışdı. Prezidentliyi dövründə isə ABŞ prezidenti miqrasiya siyasətinin sərtləşdirilməsi haqqında sərəncam imzaladı.
Sələf Xəbər: Şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Qeyri-müsəlmanların ölkəsində yaşamaqda müsəlmanların dini, əxlaqı və davranışı üçün böyük təhlükə vardır! Bu ölkələrdə yaşamış müsəlmanların çoxunda dəyişikliklər görürdük, onların o ölkələrdən oraya getdikdə olduqları halda qayıtmadıqlarını görürdük. Onlar fasiq kimi, bəziləri isə ümumiyyətlə dinə və müsəlmanlara istehza edən mürtəd və qeyri-müsəlman kimi qayıdırdı, Allah bizi bundan qorusun!” (“Məcmuu fatava” № 388).
Səudiyyə Ərəbistan krallığının daimi komitəsinin alimlərindən soruşdular: “İşləmək üçün qeyri-müsəlmanların ölkəsinə köçmək caizdirmi?” Onlar cavab verdilər:
“Əgər sən iş və qazanc istəyirsənsə, onda bunun üçün müsəlmanların ölkəsinə get. Müsəlmanların ölkələri qeyri-müsəlmanların ölkələrindən daha varlıdır (yəni daha yaxşıdır), o səbəbdən ki, qeyri-müsəlmanların ölkələrinə səfərlərdə əqidə, din və əxlaq üçün təhlükə vardır.” (“Fatava əl-Ləcnə” 12/58).