Ancaq İŞİD-çi belə edər – qadın paltarı geyib qaçmaq istədi
998 dəfə baxılıb
Qadın paltarı geyərək Suriyanın Bablemun kəndindən Türkiyə sərhədinə keçməyə çalışan İŞİD-çi son anda yaxalanıb.
Selefxeber.az-ın məlumatına görə Axar.az xəbər verir ki, vətəndaşlara qarışan İŞİD üzvü ASO (Azad Suriya Ordusu) tərəfindən öldürülüb. Başqa 3 İŞİD üzvü isə tutularaq Çobanbəydə həbs edilib.
Qeyd edək ki, Bablemun kəndində qarşıdurmadan qaçan 2500 vətəndaş Kilis sərhədində təhlükəsiz bölgələrə sığınıb. Türkiyəyə yaxın bölgəyə sığınan suriyalı türkmənlərə əsgərlər qida köməkliyi edirlər.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”