Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Angry birds” təhlükəsi

Dekabr 11
18:10 2014

“Sələf Xəbər” “Guardian” qəzetinə istinadən xəbər verir ki, bu yaxınlarda üzə çıxarılmış məxfi sənədlərə əsasən, ABŞ Milli Təhlükəsizlik Agentliyi və onun Birləşmiş Krallıq həmkarı Hökumət Rabitə Mərkəzi, istifadəçilərin şəxsi məlumatlarını internet şəbəkəsinə “sızdıran” “Angry birds” kimi məşhur tətbiqlərdən faydalanmaq üçün öz imkanlarını artırırlar.

Yeni nəsil iPhone və Android tətbiqlərdən istifadəçinin telefon modeli və ekranın ölçüsündən, yaş, cins və yerləşməsi kimi şəxsi detallara qədər bütün məlumatlar şəbəkələrə axır. Sənədlərdə əks olunan məlumata əsasən, bəzi tətbiqlər istifadəçilər barəsində ən şəxsi təfsilatları – məsələn seksual orientasiya barədə məlumatları paylaşa bilər.

Bir çox smartfon sahibləri bu məlumatların internetdə paylaşıldığından xəbərsizdir və hətta, ən təcrübəli istifadəçilər də bütün bu məlumatların casus agentliklərinin əlinə keçdiyini anlaya bilməkdə acizdir.

Telefon vasitəsilə əldə edilən məlumatlardan istifadə etmək kəşfiyyat agentlikləri üçün böyük əhəmiyyət kəsb edir, çünki terrorçular və digər kəşfiyyat hədəflərinin öz fəaliyyətlərinin planlaşdırılmasında və həyata keçirilməsində telefonların rolu böyük olur. Məsələn, münaqişə zonalarında telefonlar partlayıcı cihazları işə salmaq üçün istifadə edilir. Milli Təhlükəsizlik Agentliyi telefonla izləmə proseslərinə 1 milyard dollardan çox vəsait xərcləyib.

Həmçinin, agentliklər yerləşmə barədə məlumatları əldə etmək üçün Google və digər xəritələmə tətbiqlərindən istifadə edirlər. Hətta, 2008-ci ildə üzə çıxmış bir sənəddə qeyd edilir ki, yəni smartfonda Google Maps tətbiqindən istifadə edən hər bir şəxs Hökumət Rabitə Mərkəzinin işinə dəstək verir.

Bu cür həqiqətlərin üzə çıxması ictimaiyyətin texnologiya sektorunun onların şəxsi məlumatlarını toplaması və istifadə etməsi barədə narahatlıqlarını artırıb. Xüsusən, bu narahatlıq ABŞ vətəndaşı olmayan və şəxsi həyatı amerikalıların şəxsi həyatından daha az müdafiə olunan insanlara sirayət edib. “Vaşinqton Post” qəzetinin keçirdiyi səsvermənin nəticələri göstərib ki, ABŞ-da yetkin yaşda olan insanların 69%-i artıq Google kimi texnoloji şirkətlərin onların məlumatlarını istifadə etməsi və ehtiyatda saxlamasından narahatdır.

Sənədlərdə tətbiqlər vasitəsilə hansı miqdarda məlumatın toplandığı, saxlanıldığı və ya axtarıldığı və neçə istifadəçinin buna məruz qaldığı aydın göstərilməyib. Milli Təhlükəsizlik Agentliyi bildirir ki, bu proses amerikalıları hədəfləməyib və bu imkanlar yalnız “həqiqi əcnəbi kəşfiyyat hədəflərinə” qarşı yönəlib.
Hökumət Rabitə Mərkəzinin sənədləri bəlkə də ən məşhur telefon oyunu olan “Angry birds” oyunundan istifadə edərək müxtəlif reklam platformalarından hansı məlumatların əldə olunması barədə nümunələri üzə çıxarıb. Əldə edilən məlumata əsasən, bu oyun istifadəçilər tərəfindən 1.7 milyard dəfədən çox yüklənib. Millennial Media adlı bir reklam platformasının isə xüsusilə zəngin məlumatlar təqdim etdiyi üzə çıxıb.

Milennial Medianın internet səhifəsində qeyd edilib ki, o Rovio şirkəti ilə “Hirsli quşlar” oyununun xüsusi buraxılışı üzərində, “Farmville” oyununun istehsalçısı Zynga şirkəti ilə, “Call of Duty” oyununun developeri Activision şirkəti ilə və bir çox digər mühüm franşizalarla əməkdaşlıq edib.

“Angry birds” istehsalçısı Rovio şirkəti isə Milli Təhlükəsizlik Agentliyi və ya Hökumət Rabitə Mərkəzinin onun tətbiq istifadəçilərindən məlumat əldə etməsini nəzərdə tutan hər hansı proqramları barəsində məlumatı olmadığını bildirib. “Rovionun əvvəlcədən bu məsələdən xəbəri yoxdur və üçüncü tərəf reklam şəbəkələrinin də bu fəaliyyətdən xəbəri olmayıb”, – deyərək Rovio şirkətinin nümayəndəsi Sara Berqstrom davam edib: “Nə də adını çəkdiyiniz təşkilatlarla (MTA və HRM) işbirliyimiz yoxdur”. Milli Təhlükəsizlik Agentliyi bu vasitələrin yalnız həqiqi hədəflərə qarşı istifadə olunduğunu və ciddi hüquq normaları ilə tənzimləndiyini bildirib. Agentliyin danışmanı deyib: “Həqiqi əcnəbi kəşfiyyat hədəfləri olmayan insanlar barədə məlumatlar Milli Təhlükəsizlik Agentliyinin maraq dairəsində deyil”.

Milli Təhlükəsizlik Agentliyinin diqqətinin sıravi amerikalıların smartfon və ya sosial media məlumatlarında cəmləşdiyi barədə iddialar həqiqət deyil. Milli Təhlükəsizlik Agentliyi əcnəbi kəşfiyyat missiyasını həyata keçirdiyi üçün, sıravi amerikalılar haqqında məlumatları toplamır. “Biz yalnız qanunla icazəli olan, hədəflərin istifadə etdiyi texniki vasitələrdən asılı olmayaraq həqiqi əcnəbi kəşfiyyat və əks-kəşfiyyat məqsədləri üçün məlumatlar toplayırıq”.

“Milli Təhlükəsizlik Agentliyinin əcnəbi kəşfiyyat hədəflərini izləmək üçün qanuni şəkildə istifadə etdiyi texnikalar və vasitələrin davamlı və selektiv şəkildə nəşr edilməsi ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyi üçün zərərlidir və qorumağa and içdiyimiz insanların həyatını risqə atır”.

Bu o deməkdir ki, Hökumət Rabitə Mərkəzi və Milli Təhlükəsizlik Agentliyi texnoloji şirkətlərin xəbəri olmadan və onlarla əməkdaşlıq etmədən məlumatlar əldə edə bilər. Hökumət Rabitə Mərkəzi və Milli Təhlükəsizlik Agentliyindən NBC kanalına bildiriblər ki, bütün proqramlar ABŞ və Birləşmiş Krallığın qanunlarına müvafiq olaraq həyata keçirilir.

Digər xəbərlər