Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Antarktidada ilk dəfə azan veriləcək

Noyabr 25
14:05 2014

Tarixdə ilk dəfə olaraq Antarktidada azan veriləcək. Bu barədə “Sələf Xəbər” Trend-ə o isə Tatarıstan Müsəlmanları Dini İdarəsinə istinadən məlumat verir.

Belə ki, bu gün Tatarıstanın Qul-Şərif məscidinin nəzdindəki İslam Mədəniyyəti Muzeyində Antarktidaya yola düşəcək “Antarktida-100” ekspedisiyanın iştirakçılarına Qurani-Kərim nüsxələri verilib.

İdarənin Təbliğat şöbəsinin rəhbəri Niyaz Sabirov bildirib ki, Qurani-Kərim nüsxələri Rusiyanın “Bellinshauzen” antarktik stansiyasındakı qütbçülərə çatdırılacaq: “Artıq Qurani-Kərimi Antarktidada da oxuyacaqlar və ilk dəfə olaraq orada azan veriləcək. Mən Qurani-Kərimi ekspedisiyanın üzvü, Rusiya Coğrafiya Cəmiyyətinə Dəstək Fondunun rəhbəri Rüstəm Gilmutdinova verirəm. O, Antarktidada Allaha dua edərək Yer üzündə sabitlik və sülhün bərqərar olmasını istəyəcək”.

Ümumilikdə, Antarktidaya 3 ədəd Qurani-Kərim nüsxəsi aparılacaq. Onlardan biri “Bellinshauzen” stansiyasında qalacaq, digərləri isə Kazana qaytarılaraq Rusiya Coğrafiya Cəmiyyəti və İslam Mədəniyyəti Mərkəzinə veriləcək.

Qeyd edək ki, “Antarktida-100” layihəsi Kazan Universitetinin rektoru, Antarktidanı ilk dəfə kəşf edən Rusiya ekspedisiyasının (1819-1821) tərkibində yeganə alim olmuş İvan Simonova həsr edilib.

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah və Onun mələkləri (namazda) ön səfə salavat deyərlər. Azan verən səsinin gedib çatdığı yerlər qədər bağışlanar. Hər bir yaş və quru nə varsa (Qiyamət günü) onu təsdiq edər. O azan verənə namaz qılanın əcri qədər savab yazılar”. (Nəsai 646. Albani, “Sahih ət-tərğib” 235)

Digər xəbərlər