Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Aralıq dənizində batan gəmidə həyatını itirənlərin çoxu uşaqlardır

Aprel 15
16:41 2015

Aralıq dənizində Liviyadan İtaliyaya üzən miqrantlarla dolu gəminin batması nəticəsində azı 400 nəfər ölüb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Save the Children” humanitar təşkilatın açıqlamasında bildirilir.

Məlumata görə, bu barədə təşkilatın nümayəndələrinə dənizdə xilas olunmuş bir neçə miqrant bildirib.

Ölənlərin arasında çoxlu sayda gənclərin və uşaqların olduğu qeyd olunur.

Qeyd edək ki, ötən həftənin sonu İtaliyanın sahil mühafizəsi qüvvələri dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 7000-dək miqrantı xilas edib.

Avropaya miqrant axını xeyli artaraq tək ötən il 220 000 nəfərə çatıb. Cari ilin əvvəlindən bu günədək 3000-dək miqrant Aralıq dənizində qəza nəticəsində ölüb.

Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)

“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Fövqəluca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr)

Digər xəbərlər