Aralıq dənizində son həftə 700-dən çox qaçqın batıb
738 dəfə baxılıb
Son həftə ərzində miqrant və qaçqınları daşıyan qayıqlar çərşənbə, çümə axşamı və cümə günləri qəzaya uğrayıblar.
“Sələf Xəbər” BBC-yə istinadən bildirir ki, BMT-nin Qaçqınlar üzrə Agentlyinin (UNHCR) təxminlərinə görə, son 3 gün ərzində Aralıq dənizində böyük ehtimalla 700-dən çox adam həlak olub.
UNHCR nümayəndəsi Carlotta Saminin sözlərinə görə, son həftə ərzində miqrant və qaçqınları daşıyan qayıqlar çərşənbə, çümə axşamı və cümə günləri qəzaya uğrayıblar.
“Biz hələ tam əmin deyilik, lakin çox güman ki, 700 insanın hamısı dənizdə batıb”, – deyə UNHCR nümayəndəsi bildirib.
Aralıq dənizində miqrantları daşıyan qayıqlar bir neçə dəfə qəzaya uğrayıb.
Qəza hadisələrindən birində 500 nəfəri, digərində isə 88 nəfəri xilas etmək mümkün olub.
BMT Qaçqınlar üzrə Ali Komissarı idarəsindən verilən məlumata əsasən, bu ilin əvvəlindən Aralıq dənizində təxminən 40 min miqrant xilas edilib.
Təkcə son həftə ərzində təxminən 5600 miqrant və qaçqın xilas olunub.
Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)
“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Uca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr)