Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Aralıq dənizində yenidən insan faciəsi

Avqust 28
19:45 2015

Liviyanın Zuvara şəhəri sahillərində, təxminən 500 miqrantı daşıyan 2 qayıq batıb. Yüzlərlər insanın öldüyü bildirilir.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən səhər saatlarında qayıqlardan yardım siqnalı alınıb. Batan ilk gəmində 50 nəfər, ikinci gəmidə isə 400 miqrant olub. Liviya Sahil Təlükəsizlik xidməti qayıqlarda xilasetmə tədbirlərini davam etdirir. Ancaq verilən məlmatlara görə, batan qayıqlarda olan miqrantların sudan sağ çıxarılma ehtimalı çox azdır.

Qayığın batdığı ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, artıq 100-dən çox meyit Tripolinin qərbində xəstəxanalardan birinə yerləşdirilib. Miqrantların Suriya, Banqladeş və Cənubi Saxaradan olduqları bildirilir. Birləşmiş Millətlər Təşkilatı bu il Avropaya gəlməyə çalışan 2400 də çox miqrantın dənizdə boğularaq öldüyünü açıqlayıb.

Bundan əvvəl Liviya sahillərində saxlanılmış gəminin yük bölməsindən və Avstriyada isə yük maşınından ümumilikdə 100 -dən çox miqrantın meyidi aşkarlanıb.

Son dövrlər Avropaya miqrant axınının artmasının səbəbi isə Yaxın Şərqdə və Şimali Afrikada baş verən vətəndaş müharibələridir. Aclıq və hər gün baş verən terror hadisələri rahat həyat arzulayan insanları təhlükəli yollarla Avropaya səfərə çıxmağa məcbur edir.

Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)

“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Uca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1-2-ci ayələr) (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər