Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ARDNŞ Rusiyada neft emalı zavodu tikmək niyyətindədir

Oktyabr 25
20:17 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Rusiyanın Novorossiysk şəhəri yaxınlığında neft emalı zavodunun inşası layihəsində iştirakla bağlı danışıqlar aparır.

Bu barədə Rusiyanın İTAR TASS agentliyi Azərbaycanın energetika naziri Natiq Əliyevə istinadən məlumat yayıb.

Nazir bildirib ki, Azərbaycan tərəfi sözügedən layihədə iştirak etməkdə maraqlıdır. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı danışıqlar aparılır.

Xatırladaq ki, bu ilin may ayında Rusiyanın “Rosneft” şirkəti ilə ARDNŞ neft-qaz yataqlarının kəşfi və hasilatı layihələri üzrə birgə müəssisənin yaradılması haqda saziş imzalayıblar.

Digər xəbərlər