Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Arktikada oruc 23 saatdır

İyul 15
15:41 2015

Kanadanın Nunavut arktik ərazisində ilk məscidi inşa edən işçilər az qala bütöv bir sutka oruc tuturlar.

“Sələf Xəbər”in İslam-today.ru-ya istinadən xəbərinə görə, məscidi tikən işçilər sərt iqlim şəraitində çalışmaqla bərabər gün ərzində 22-23 saat oruc tuturlar.

İslam Cəmiyyətinin Baş katibi Məhəmməd Hassanın sözlərinə görə, az qala bütöv bir sutka ərzində oruc tutmalarına baxmayaraq, işçilər susuzluq hiss etmədiklərini bildiriblər.

“Oruc tutmağa alışan insan üçün 22-23 saat oruclu olmaq elə də ağır olmur. Bu, artıq vərdiş halını aldığı üçün işçilər oruc tutmaqda çətinlik çəkmirlər”,- deyə müsəlman cəmiyyətinin sədri Səid Asif Əli qeyd edib.

İnuvik arktik şəhərində sutkanın gündüz vaxtı 24 saata bərabərdir. Onu qeyd edək ki, regionda formal Məkkə vaxtından istifadə etmək qeyri-mümkündür. Çünki 9 saat fərqinə görə, gündüzlər gecə, gecələr isə gündüz olur. Lakin yerli müsəlmanlar Məkkə camaatının tutduğu saat qədər oruc tutur və eyni vaxt intervalı ilə namaz qılırlar.

Sələf Xəbər: Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 185-ci ayə)

Digər xəbərlər