“ASAN Xidmət” Əfqanıstanda da yaradıldı
783 dəfə baxılıb
Selefxeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə Azərbaycan modelinin tətbiqi üçün iki ölkə rəsmiləri Anlaşma Memorandumu imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovunbaşçılıq etdiyi nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında səfərdədir.
“ASAN Xidmət”dən verilən məlumata görə, ötən gün Əfqanıstan prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Maliyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi Azərbaycanın “ASAN Xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizminin təsis edilməsidir.
Artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib – asan.gov.af.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)