Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Astanada Suriya nizamlanması üzrə beynəlxalq danışıqlar başlayıb

Yanvar 23
15:57 2017

Selefxeber.az-ın məlumatına görə, bu barədə “Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir.

Danışıqlar paytaxtdakı “Rixos President Astana Hotel” mehmanxanasında başlayıb. Danlışıqlarda yeddi tərəfin nümayəndələri iştirak edir. Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Suriya hökuməti və müxalifəti, Rusiya, Türkiyə, İran, ABŞ, eləcə də BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura danışıqlarda iştirakını təsdiq edib.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı bütün tərəflər üçün neytral ərazi kimi bu görüş üçün məkan seçilib. Qazaxıstan XİN danışıqların bağlı qapılar arxasında keçiriləcəyini bildirib.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.” (Müqəddəs Quran, “Ənfal” surəsi, 61-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Sənin əleyhinə döyüşən kafirlər sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.

Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər kafirlər birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.

İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zərurət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.

Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara kafirlər üzərində qələbə çalmağa kömək edir.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər