Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ata oğullarını İŞİD-ə “qurban verdi”

Avqust 14
18:46 2014

Oxu.Az modern.az-a istinadən məlumatına görə, Səudiyyə Ərəbistanında Naser əl-Shayeq adlı bir ata 10 və 11 yaşlarında olan iki uşağını canlı bomba kimi istifadə etmək üçün İraq Şam İslam Dövlətinə (İŞİD) təslim edib.

Məlumatda qeyd edilir ki, kişi həyat yoldaşına “uşaqlarımla tətilə çıxıram” deyərək onları Türkiyəyə aparıb.

Avropa mətbuatının geniş yer verdiyi xəbərdə deyilir ki, ana, həyat yoldaşı Türkiyədə İnstagram hesabında oğulları Abdullah və Əhmədin fotoşəkillərini yaydıqdan sonra vəziyyətdən xəbərdar olub.

İnstagram-da “Uşaqlarım Allah yolunda şəhid olmaq üçün yola çıxdı” mesajı yazan ata Naser əl-Shayeqin məqsədinin uşaqlarından canlı bomba kimi istifadə olduğunu qeyd edib.

Atanın bu hərəkəti dünyanı dəhşətə salıb. Oğullarını İŞİD yaraqlılarının canlı bombası olması üçün “qurban verən” ata Avropanı ayağa qaldırıb.

Səudiyyə Ərəbistanı hökuməti şəxsən bu hadisəyə əl qoyub. SƏK hökuməti uşaqları Türkiyədə axtarır. Bu səbəblə səlahiyyətlilər Türkiyə hökuməti ilə təmasa keçib və uşaqların tapılması üçün kömək istəyib.

 Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci Kasset, A Tərəfi).

Digər xəbərlər