Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Atasız, ölkəsiz, evsiz balaca miqrantlar

May 22
13:37 2015

“Sələf Xəbər” BBC-yə istinadən bildirir ki, Tayland sahilləri ətrafında İndoneziyalı balıqçılar tərəfindən xilas olunmuş qayıqdakı yüzlərlə miqrant keçən həftə BBC tərəfindən aşkarlanıb.

Güman edilir ki, Tayland və Myanmar sularında təxminən 6000-ə yaxın adam öz taleyini gözləyir.
Qayıq bir neçə ay bundan qabaq Myanmardan cənuba tərəf yola düşsə də quruya çata bilməyib.

Miqrantların dediyinə görə, onların qayığı İndoneziyanın Aceh əyalətinə çatana kimi üç dəfə Tayland və Myanmar hərbi dəniz qüvvələri tərəfindən dənizə çəkilib.

Sələf Xəbər: «Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən mühacirlər və sığınacaq verib köməklik göstərən ənsarlar – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə yardım istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür» (Qurani Kərim, “Ənfal” surəsi, 72-ci ayə)

Digər xəbərlər