Avropa Parlamenti nəhayət ki, ədalətli qərar qəbul etdi
Noyabr 24
18:36
2017
990 dəfə baxılıb
Avropa Parlamenti terrorçu qruplaşmalara, həmçinin də PKK-ya qarşı yeni sanksiya tətbiq edib. Türkiyə mətbuatı xəbər verir ki, yeni qərarla terror təşkilatı təmsilçilərinin Avropa Parlamentinə dəvət olunması qadağan edilib.
Selefxeber.az-ın məlumatına görə, bu haqda “Sputnik.az” xəbər verir.
Qərara əsasən, PKK-çıların parlament binasına girişinə və təbliğat aparmasına qadağa qoyulub.
Rəsmi Ankara Avropa Parlamentinin qərarını alqışlayıb. Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Türkiyə dövləti qərarın icrasını yaxından izləyəcək.