Avropada İslamın yayılması onları narahat edir – VİDEO
988 dəfə baxılıb
Almaniyanın Drezden şəhərində İslama qarşı keçirilən etiraz aksiyasına 10 minə yaxın fəal qatılıb.
Almaniyanın Drezden şəhərində Avropanın müsəlmanlaşmasına qarşı etiraz aksiyası keçirilib.
“Sələf Xəbər”-in ANS PRESS-ə istinadən məlumatına görə, şəhərin mərkəzi meydanlarından birində baş tutan aksiyaya 10 minə yaxın fəal qatılıb.
Aksiyaya neo-nasistlər də dəstək olublar. Lakin özlərini PEGİDA qrupu kimi tanıdan fəallar millətçi neo-nasistlərlə heç bir əlaqələrinin olmadığını bildiriblər.
Fəalların sözlərinə görə, onlar, sadəcə, İslam ekstrimizminə və ölkədə sığınacaq əldə edən müsəlmanların bu sistemdən sui-istifadə etməsinə qarşı çıxırlar.
Aksiyada fəallara qarşı çıxanlar da tapılıb. Bir qrup fəal sülh dininə etiraz edən insanlara qarşı şüarlar səsləndiriblər. Aksiyalar sülh şəraitində yekunlaşıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar” (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə). Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.” (Bax “Təfsir Əs-Saadi”).