Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Avropada islamofobiya günbəgün artır

Mart 14
16:11 2015

Müsəlmanlara qarşı irqçilik halları getdikcə şiddətlənir.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, müharibə əleyhinə olan “Stop the War Coalition” internet səhifəsində bütün Avropada və Qərb dünyasının islamofobiyanın yüksəlişini statistikalarla açıqlayıb.

İngiltərədə müsəlmanlara qarşı ayrı-seçkilik gündən-günə artır. İngiltərədə işsizlik nisbəti 8% olduğu halda, müsəlmanlar arasındakı işsizlik nisbəti 17%-dir. Bu nisbət digər dinin mənsubları ilə nisbətdə daha çoxdur. Müsəlman qadınlar arasındakı işsizlik nisbəti 18%, bu isə xristian qadınlardan dörd dəfə daha çoxdur. İngilis müsəlmanların 80%-i ayrı-seçkiliklə üz-üzədir.

Fransada müsəlmanlara qarşı ayrı-seçkilik İngiltərədən daha çoxdur. Fransada həbsxanalarda olan insanların 60%-i müsəlmanlardır. Dünyəvilik iddialarına baxmayaraq, Fransada yüzlərlə Katolik kilsəsi dövlət tərəfindən maliyyələşdirilir.

İngiltərədə mindən artıq müsəlman terrora qarşı qanunlar səbəbilə həbs edilib. Məşhur Əbu Qureyb həbsxanasında mühakimə edilən 100 000-dən artıq müsəlman günahsızdır. Müsəlmanlara qarşı irqçilik halları getdikcə şiddətlənir. Müharibə səbəbilə islamofobik hallar artır, Yaxın Şərqdəki vəziyyət getdikcə pisləşir.

Sələf Xəbər: Uca Allah buyurur: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 186-cı ayə)

“Kitab əhlindən və müşriklərdən isə onlar çoxlu xoşagəlməz sözlər eşitməli idilər – onları, onların dinini, Kitabını və Elçisini (Allahın ona salavat və salamı olsun) təhqir edəcəkdilər. Allah bu barədə mömin qullarına xəbər verir. Sınaqlar onlara böyük fayda gətirir.
Birincisi, ilahi hikmət tələb edir ki, belə sınaqlar vasitəsilə həqiqi möminləri yalançılardan ayırsın.

İkincisi, Allah Öz qulları üçün sınaqdan keçməyi öncədən müəyyən edir ki, onlara nemətlərini bəxş etsin, onları yüksəltsin, onların günahlarını yusun, imanını artırsın və etiqadını kamilləşdirsin. Allah möminlərə olacaq labüd çətinlikləri bildirir ki, onlar baş verdikdə möminlər Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) doğruçuluğuna əmin ola bilsinlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər