Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Avropada qaçqın suriyalı və əfqan uşaqların yoxa çıxması davam edir

May 09
18:54 2016

İnterpolun hesablamalarına görə, Avropaya gələn hər doqquzuncu uşaq itgin düşür.

BMT-nin Uşaq fondu (UNİCEF) valideyn və ya digər qohumunun müşayiəti olmadan Avropaya gələn qaçqın və mühacir uşaqların müdafiəsi üçün təcili tədbir görməyə çağırıb.

“Report” BMT-nin xəbərlər mərkəzinə istinadən xəbər verir ki, ötən il sərhədi böyüklərin müşayiəti olmadan keçən 95 min uşaq müəyyən olunub və qeydə alınıb.

İnterpolun hesablamalarına görə, Avropaya gələn hər doqquzuncu uşaq itgin düşür.

Məsələn, Sloveniyada qəbul mərkəzlərindən müşayiətsiz gələn 80 faizdən çox uşaq yoxa çıxıb. İsveçdə həftədə, təxminən 10 uşaq itgin düşür. Almaniyada bu il 4700 qaçqın uşaq yox olub.

2015-ci ildə 96 500 uşaq sərhədi böyüklərin müşayiəti olmadan keçib və Avropada sığınacaq almaq üçün müraciət edib. Onlardan çoxu Suriya və Əfqanıstandan olan yeniyetmə oğlanlardır.

Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Qurani-Kərim, “Ənam” surəsi, 93-cü ayə)
Səhih hədisdə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir.)

Digər xəbərlər