Avropalılar müsəlman qaçqınları donuz damında məskunlaşdırırlar.
707 dəfə baxılıb
Finlandiyada müsəlman qaçqınlara sığınacaq verməklə məşğul olan yeni mərkəz Suriyadan gələn qaçqınları keçmiş Donuzçuluq Elmi Tədqiqat İnstitutunun binasında yerləşdirib.
Ölkənin paytaxtından uzaq olmayan Hyuvinka şəhərində yerləşən mərkəzdə 300-ə yaxın insan məskunlaşa bilər. Hal-hazırda isə bu yerdə 100-ə yaxın suriyalı qaçqın yaşayır.
Onu da qeyd edək ki, müsəlman qaçqınlar keçmş donuzçuluq istitutunun binasında yaşadıqlarını bilmirlər. Mərkəzin direktoru Milya Saksi bu vəziyyətdə heç bir qeyri-qanuni hal olmadığını düşünür. Onun bildirdiyinə görə, donuz yetişdirilməsi ilə məşğul olan mərkəz iki il əvvəl bağlanıbdır. Bundan əlavə, qaçqınlar donuz fermasında yox, əvvəllər laboratoriya olan otaqlarda yerləşdiriliblər.
Məlum olduğu kimi İslam dinində donuz əti yeyilməsi qadağan olunmuş “murdar” heyvan sayılır.
Sələf Xəbər: İslam şəriəti qonağa hörmət etməyi əmr edir. Bu haqda dinimizdə saysız-hesabsız hədislər mövcuddur. Nümunə olaraq aşağıdakı hədisi qeyd etmək olar:
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, biri Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) qonaq gəldi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) zövcələrinə (kimin evində yemək olması haqqında) xəbər göndərdi. Onlar dedilər ki: “Bizdə sudan başqa heç nə yoxdur”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Kim bu adama hörmət edər, yaxud (onu) evində qonaq saxlayar?” Ənsardan bir kişi: “Mən”– dedi. O, qonağı evinə aparıb həyat yoldaşına dedi: “Peyğəmbərin qonağına yaxşı bax”. Qadın dedi: “Evdə uşaqların yeməyindən başqa bir şey yoxdur”. O dedi: “Yeməyini hazırla, çırağı yandır və uşaqlar axşam yeməyini istədikdə, onları yatızdır”. Qadın yeməyini hazırladı, çırağı yandırdı və uşaqları yatızdırdı. Sonra qalxıb guya çırağı düzəldirmiş kimi, onu söndürdü. Onlar qonağa yemək yediklərini göstərməyə başladılar. (Halbuki qonaq yeməkdən doyunca yesin deyə, sadəcə əllərini yeməyə uzadıb heç nə götürmədən geri çəkdilər). Beləliklə hər ikisi ac yatdı. Səhər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldikdə, o dedi: “Allah sizin bu hərəkətinizə güldü, yaxud təəccüb etdi və bu ayəni nazil etdi:
“Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (əl-Həşr surəsi 9-cu ayə).