Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Avropanın ən böyük məscidi Serbiyada olacaq – FOTO

Sentyabr 03
16:35 2015

Serbiyanın müsəlman olan bosniyalıların yaşadığı Sancaq bölgəsindəki Syenitca şəhərinin Duga Polyana kəndində Avropanın ən uzun minarəli ən böyük məscidinin tikintisinə başlanılıb.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, Duga Polyanadakı məscid hazır olanda 99 metrlik minarəsi ilə Avropanın 5-ci ən böyük tikilisi olacaq.

Serb mediasının verdiyi xəbərə əsasən, məscidin tikintisinə yüzlərlə kub metr beton sərf olunacaq. Məscidin təməli isə 20 metr dərinliyində qazılacaq. 1600 kv.metr sahədə inşa ediləcək məscidin 15 qübbəsi olacaq. Məscidin 4-ü 45 metr, 2-i 99 metr hündürlüyündə olmaqla 6 minarəsi olacaq.

Serbiyanın müftisi Muamer Zukorliç mediaya verdiyi açıqlamada məscidin tikintisi üçün bütün dünyadan vəsait toplandığını deyib. Zukorliç məscidin tamamlanmasının 2017-ci ilin sonunda planlaşdırıldığını bildirib.

📷

kapija-pestera-b-Copy

Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Digər xəbərlər