Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Avstraliyada ilk dəfə azan səsgücləndiricilər vasitəsilə verildi

Avqust 01
14:31 2014

Sabq.org yazır ki, Avstraliyanın tarixində ilk dəfə azan səsgücləndiricilər vasitəsilə verilib.

Yenilik ölkənin Sidney şəhərinin Obern qəsəbəsində türklər üçün tikilmiş “Qaliboli” məscidində tətbiq olunub.

Sosial şəbəkə istifadəçiləri bu ilkin videosunu yayıb.

 Sələf Xəbər: Bildiyiniz kimi, azan – namaza çağırışdır. Azan, insanı gündəlik həyat axınından ayıraraq, Allah qarşısında ən vacib əməli – namazı vaxtında qılmasına çağırır.

Uca Allah buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, …O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.” (Müqəddəs Quran, “Muminun” surəsi, 1-2, 9-cu ayə).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyirdi: “Allah, qulları üçün beş vaxt namazı fərz qılmışdır. Hər kim bu namazlara ciddi yanaşar və bilərəkdən tərk etməyib haqqını verərək qılarsa Allah onu cənnətinə qoyacağına əhd etmişdir. Beş vaxt fərz namazını qılmayan üçün belə bir əhd yoxdur. Allah diləsə ona əzab verər, diləsə də (imanından ötrü) cənnətinə daxil edər.” (Bax “Muvata”).

Digər xəbərlər