Avstraliyalı hicablı qadını müdafiə etdi
1. 008 dəfə baxılıb
“Başı bağlıdır deyə, onları terrorçu adlandıra bilmərsiniz”
Avstraliyanın paytaxtı Sidneydə metro ilə gedən müsəlman qadın və kişi yerli sakinlərdən biri tərəfindən təhqir olunub.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, avstraliyalı müsəlmanlara “niyə hicab geyirsiniz”, “bir-birinizi niyə qırırsınız”, “xristianları niyə öldürürsünüz”, – deyə, təhqir edib.
Stacey Eden adlı avstraliyalı isə müsəlmanların müdafiəsinə qalxıb: “Başı bağlıdır deyə, onları terrorçu adlandıra bilmərsiniz. Bədənini göstərməmək üçün başını örtür. Özü bilər. Bizim onlara hörmətlə yanaşmağımız lazımdır”, – deyə, Eden etirazını bildirib.
Edenin sosial şəbəkədə paylaşdığı video izlənmə rekordu qırıb.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)