Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Avstraliyalı qadınlar hicab taxaraq müsəlmanları dəstəklədi

Oktyabr 09
17:49 2014

“Sələf Xəbər” İslam Today-a istinadla xəbər verir ki, Avstraliyada müsəlmanlar üçün asan olmayan bir vaxta (küçələrdə hücumlar, ictimai yerlərdə niqab və çarşab geyinməyi qadağa etmək təklifi) müsəlmanlara dəstək aksiyası keçirilib.

Paytaxt Kanberrada təşkil edilən aksiyada bir qrup qeyri-müsəlman qadın hicab taxaraq müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib onlara güllər hədiyyə edib.

“Biz, KİV-lərdə onlara qarşı edilən pis rəftara görə təəssüfləndiyimizi, onlarla həmrəy olduğumuzu və nifrətin yerinə sevgi ilə bölüşmək istədiyimizi ifadə etdik. Bunu eşitdikdə, onlardan bir çoxu bizi qucaqlamaq istədi, çoxları gülümsədi, bəzilərinin isə təsirləndiyi üçün gözləri yaşla doldu”, – aksiyanın təşkilatçılarından biri olan 26 yaşlı Kanberra sakini Annabel Li deyir.

Kanberranın müsəlman icması yerli sakinlərin bu mehribanlıq jestindən çox təsirlənib.

Digər xəbərlər