Avstraliyalılar müsəlmanların müdafiəsinə qalxıblar
969 dəfə baxılıb
Avstraliyada islamafobiya hərəkatı üzvləri və onlara qarşı çıxan anti-irqçi və yerli vətəndaşlar arasında qarşıdurma yaranıb.
“Sələf Xəbər”in Ansar.ru-ya istinadən xəbərinə görə, Sidney şəhərində “Avstraliyanı özümüzə qaytaraq” adlı 100 nəfərə yaxın hərəkat iştirakçısı və 600 nəfər onlara qarşı olanlar küçələrdə toplaşıb. Sidney, Brisbena, Perta, Kanberra şəhərlərində sağçı radikalların keçirdiyi aksiyaya etiraz edən yüzlərlə avstraliyalı küçələrə axın edib.
İslamafobiya hərəkatı üzvləri əllərində “Müsəlmanlar deportasiya olunsun”, “Niqaba qadağa” kimi şüarlar yazılmış plakatlarla şəhərin küçələrində yürüyüş ediblər.
Onlara qarşı əhali də öz növbəsində “Ey irqçilər, evinizə dönün”, “Faşistlər küçələrimizdən rədd olsun!”, “Cəhalətə “yox” deyək!” yazılı plakatlarla nümayişçilərə etirazlarını bildiriblər.
Sələf Xəbər: Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)
Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.