Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Avstriyada bu gündən niqab geyinməyə qadağa qoyulur

Oktyabr 02
17:04 2017

Avstriyada ictimai yerlərdə üzü tam bağlayan müsəlman qadın geyiminə qadağa qüvvəyə minib.

Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” xəbər verir ki, rəsmi olaraq oktyabrın 1-dən qüvvəyə minən qadağa həmçinin qeyri-bayram günlərində maskarad maskasına, habelə həkim göstərişi olmadan tibbi maskaların taxılmasına da qoyulub.

Qadağanı pozan şəxslər 150 avro məbləğində cərimələnəcəklər. Hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayan şəxslər izahat verilməsi üçün polis şöbəsinə aparılacaqlar.

Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.” (Müqəddəs Quran, “Əhzab” surəsi, 57-ci ayə)

Digər xəbərlər