Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ayının caynağından yaxa qurtaran gənc – VİDEO

Dekabr 08
16:18 2014

“Sələf Xəbər” arabic.rt.com-a istinadən xəbər verir ki, idman edən gənc velosipedini minərək meşələrin birində gəzməyə başlayarkən az qalır ki, bir ayının asan şikarına çevrilsin.

Həmin gəncin GoPro kamerası ilə çəkərək yaydığı videonu iki gün ərzində 5 milyon insan müşahidə edib. Videoda görünür ki, o, velosipedini minib hərəkətə başlayarkən yol kənarına baxanda böyük bir ayının ona tərəf qaçdığını görür və vəhşi heyvanın əlindən qurtarmaq üçün velosipedinin sürətini artırır.

Bu minvalla həmin gənc ayının irəlilədiyini müşahidə etmək üçün tez-tez arxaya baxan zaman qarşısındakı maneə onu velosipedindən düşərək ağacın arxasında gizlənməyə vadar edir. Ayı da dayanıb gəncin yerini tapmaq üçün qulaqlarını şəkləyərək diqqətlə onun hərəkətinin səsini dinləməyə çalışır.

🎬

“Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!”

Qurani-Kərim, “əl-Əraf” surəsi, 34-cü ayə

Digər xəbərlər