Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün Brüsseldə görüşəcəklər
919 dəfə baxılıb
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Belçikada görüşəcəklər.
Selefxeber.az xəbər verir ki, “APA”nın “armenpress”-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məlumat verib.
Görüş Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərin iştirakı ilə baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏTXarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə biləcəkləri açıqlanmışdı.
Lakin APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüşün elə əvvəlcədən iyulun 11-də Brüsseldə keçirilməsi nəzərdə tutulub.
Lakin Rusiya mətbuatı nədənsə görüşün Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində keçirilə biləcəyi barədə məlumat yayıb.