Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan və Türkiyə Enerji Birliyi qurmağı planlaşdırır

Yanvar 28
18:23 2015

Nəhəng Avrasiya Enerji Birliyi yaradılacaq və 18 ölkəni əhatə edəcək təşkilata Azərbaycanla Türkiyə liderlik edəcək.

“Sələf Xəbər”in “A24.az”-a istinadən verdiyi məlumata görə, yaradılacaq birliyin mərkəzi İstanbul şəhəri olacaq.

Yazıda bildirilir ki, 18 ölkəni əhatə edəcək təşkilata Azərbaycanla Türkiyə liderlik edəcək.

Məqalədə Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (IAEE) sədri Gürkan Kumbaroğlunun fikirlərinə də yer ayrılıb. Sədr bildirib ki, Azərbaycan və Türkiyə nəhəng enerji birliyi qurmağı qarşılarına məqsəd qoyub.

Bundan başqa, G. Kumbaroğlu bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin rəsmiləri ilə bir araya gəldiyi toplantıda regional layihənin qurulmasına dair razılıq əldə edilib.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)

Digər xəbərlər