Azərbaycanlı da olmaqla bir qrup İŞİD terror xəvaric qruplaşması üzvləri Bağdadiyə qarşı çıxıb
1. 060 dəfə baxılıb
Aralarında azərbaycanlının da olduğu iddia edilən bir qrup İŞİD terror xəvaric qruplaşması üzvü liderləri Bağdadiyə qarşı çıxıb.
İŞİD terror xəvaric qruplaşmasının lideri Əbubəkr əl-Bağdadiyə qarşı çıxmağa hazırlaşan təşkilatın bir qrup üzvü yaxalanıb.
“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, terror təşkilatına məxsus saytlarda və sosial şəbəkələrdə yayınlanan videoda yaxalanmış şəxslərdən birinin azərbaycanlı olduğu iddia edilir.
Videoda onların İŞİD terror xəvaric qruplaşmasının liderinə qarşı qiyam etmək niyyətində olduqlarına dair etirafları əksini tapıb.
Yaxalanan şəxslər «Elvir» adlı liderlərinin İŞİD-in «təhlükəsizlik» qüvvələri ilə atışmada öldürüldüyünü bildiriblər.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvariclərdir.
Bu İslam Dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları belə adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların- İŞİD terror xəvaric qruplaşmasının- İslama aidiyyəti yoxdur.”