Azərbaycanlı İŞİD-ə maliyyə yardımı etməkdə ittiham olunub
Mart 02
17:55
2015
1. 191 dəfə baxılıb
Beynəlxalq terror təşkilatını maliyyələşdirməkdə ittiham olunan azərbaycanlı şəxs saxlanılıb.
“Sələf Xəbər” Yenicag.az-a istinadən bildirir ki, istintaq zamanı məlum olub ki, İŞİD terror xəvaric qruplaşmasına maliyyə yardımı edən şəxs Rusiyanın Lipetsk vilayətinin sakini, alma satan azərbaycanlıdır.
Rusiya hüquq mühafizə orqanlarının araşdırmasından sonra, sözügedən şəxs haqqında “Terror fəaliyyətinə yardım” maddəsi ilə cinayət işi qaldırılıb.
İlkin məlumata görə, azərbaycanlı iş adamı əldə olunan vəsaiti Türkiyədəki terrorçu ekstremist təşkilata ötürürmüş.
Qeyd edək ki, azərbaycanlı satıcını 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası və 500 min rubl (8500 AZN) məbləğində cərimə gözləyir.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyya fi kədayyə əl-asriyyə” 47)