Bağdadda partlayış baş verib, ölən və yaralananlar var
May 30
18:01
2017
939 dəfə baxılıb
İraqın paytaxtı Bağdadda güclü partlayış baş verib.
Selefxeber.az xəbər verir ki, “APA”nın “AP” agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində minalanmış avtomobil partlayıb.
Hadisə nəticəsində azı 10 nəfər ölüb, 22 nəfər yaralanıb.
Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”