Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bağdadinin həyat yoldaşı və oğlunun həbs xəbəri yayıldı – Livan mətbuatı

Dekabr 02
21:45 2014

İŞİD terror xəvaric qruplaşması lideri Bağdadinin həyat yoldaşı və oğlunun həbs edildiyi haqda məlumat yayılıb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Livanın “əs-Səfir” qəzeti Livan ordusunun İŞİD terror xəvaric qruplaşması lideri Əbu Bəkr əl-Bağdadinin oğullarından biri və həyat yoldaşını Suriya sərhədində həbs etdiyini açıqlayıb.

Qəzetin yaydığı xəbərə görə ordunun kəşfiyyat idarəsinin təhlükəsizlik orqanlarıyla birgə həyata keçirdiyi əməliyyat zamanı əl-Bağdadinin həyat yoldaşı və oğlu saxta pasportla Suriya sərhədində saxlanılaraq müdafiə naziliyinin istintaq idarəsinə aparılıb.

BBC isə həbs olunan qadının Bağdadinin ikinci həyat yoldaşı olduğunu və Suriya vətəndaşı olması haqda xəbər yayıb.

Digər xəbərlər