Bakı da siyahıda olmaqla ABŞ-ın gizli dinləmə xəritəsi aşkarlandı
900 dəfə baxılıb
ABŞ Milli Təhlükəsizlik Agentliyi bütün dünya ölkələrini fərqli üsullarla dinləyib. “Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, dinləmələrin xəritəsi ortaya çıxıb.
Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin bütün dünyanı fərqli üsullarla dinlədiyi keçmiş agent Eduard Snoudenin açıqladığı sənədlər vasitəsi ilə ortaya çıxmışdı. ABŞ hökuməti də yaranan bu skandal üçün rəsmən üzr istəmək məcburiyyətində qalmışdı və dinləmələr apardığını qəbul etmişdi. Ancaq hadisənin detalları Snoudenin Rusiyadan gizli məlumatları yaymağa davam etməsi ilə daha da dərinləşib.
Snoudenin sızdırdığı xəritəyə görə, yalnız Kanada, Burma və Tunisdəki operatorları dinləmək mümkün olmayıb. MTA-nın apardığı dinləmələr GSM operatorları üzərindən edilib və bütün danışıqlar nəzarətdə olub.
Məlumata görə, Türkiyədəki GSM işçilərinin 75 faizi dinlənilib. Qeyd edilən xəritədə Bakının da adı dinlənilənlər siyahısında var.
Sələf Xəbər: Xəyanət və ya satqınlıq islamda ən böyük günahlardan sayılır.
Uca Allah Quranda buyurur: “Şübhəsiz ki, Allah xainləri sevmir” (Qurani-Kərim, “Ənfal” surəsi, 58-ci ayə).
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Qiyamət günü Allah- Təala bütün insanları topladıqda xəyanət edən hər kəs üçün bir bayraq qaldırılacaq və deyiləcəkdir: “Bu filankəs oğlu filankəsin xəyanətinin əlamətidir””. (Buxari).Yəni Hesab günü belə insan bütün insanlar qarşısında rüsvay olacaq və bütün insanlar biləcək ki, bu insan xəyanətkardır.
Həmçinin, xəyanət münafiqliyin təzahürlərindən biridir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Dörd (xislət) vardır ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti qalmış sayılar: ona əmanət verildiyi zaman xəyanət edər; danışan zaman yalan danışar; əhd bağladığı zaman (əhdini) pozar; mübahisə etdiyi zaman haqsızlıq edər”. (Buxari)