Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Balkan ölkələrindən yüzlərlə döyüşçü İŞİD-ə qoşulur

Oktyabr 21
18:04 2014

“Sələf Xəbər” alarabiya.net saytına istinadən xəbər verir ki, Balkan ölkələri Orta Şərqdəki döyüşlərə könüllü qatılanların sayının artmasından narahatdır.

Bu ölkələrdə mövcud iqtisadi böhran Balkanlardan döyüşçülərin cəlb edilməsi üçün xüsusilə münbit şərait yaradır. Balkan ölkələri Suriyaya və İraqa gedən döyüşçülərin sayına görə dördüncü yerdədir. Könüllülərin qarşısını almaq üçün Balkan ölkələri cəzaların sərtləşdirilməsini planlaşdırır.

İraqda terror aktı törədən bosniyalı intiharçının görüntüsü, ola bilsin ki, Balkanların Suriya və İraq üçün döyüşçü mənbəyinə çevriləcəyinə görə bir daha dünya ölkələrini qorxutmuşdur. Avropa qitəsində yerləşən Balkan ölkələri radikalların Avropanı vurmağa keçməsi üçün zəif bir nöqtə sayılır, bu səbəbdən də Avropa Balkan ölkələrini döyüşlərə könüllü qatılanların sayının narahatedici artmasına son qoymağa çağırır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, bu döyüşçülərdən yüzlərlə insan İŞİD terror xəvaric qruplaşmasının səflərinə qatılmışdır.

Həmçinin 1992 və 1995-ci illərdə Bosniyada iki tərəf arasında olan dini müharibədə silahlı ordulara yüzlərlə döyüşçülər qatılmışdı. Bu döyüşlərdə baş verən amansızlıqlardan sonra Bosniya müsəlmanlarının bir neçəsi radikal fikirlər daşımağa başlamışdırlar. Serbiya və Makedoniyada da vəziyyət oxşardır. Radikalların artım xətərinin qarşısını almaq üçün dünya ölkələrinin cəza qanunlarında etdikləri dəyişikliklər Balkan ölkələrini də bu addımı atmağa sürükləyib.

Bosniyada təsdiqlənən yeni qanuna əsasən döyüş iştirakçılarını və onları silahlandıranları 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Kosovoda radikallara qarşı həbs əməliyyatları aparılıb. İki qonşu ölkə olan Makedoniya və Serbiya da həmçinin xaricdə döyüşən vətəndaşlarını cinayət məsuliyyətinə cəlb etmək barədə cəza qanunvericiliyinə əlavə dəyişikliklər etmək niyyətindədir.

 Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəldi.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır. Şübhə yoxdur ki, intiharçıların özlərini partlatması və bu zaman dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır, və bunu heç cür cihad adlandırmaq olmaz.

Nüfuzlu alim Əbdül Muhsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, iraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”

Digər xəbərlər