Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Balkanların ən böyük məscidi tikiləcək

Oktyabr 17
19:06 2014

“Sələf Xəbər”-in TRT Azərbaycan-a istinadən xəbər verir ki, Balkanların ən böyük məscidi Albaniyanın paytaxtı Tiranda inşa ediləcək.

Məscidin inşası üçün illərdir mübarizə aparan Türkiyə Dini İşlər İdarəsinin səyləri nəhayət nəticə verib. Osmanlı arxitekturasında inşa ediləcək məscidin 2 il ərzində tamamlanması planlaşdırılır. 2 min nəfərlik qapalı sahəyə sahib məsciddə 4500 insan eyni vaxtda namaz qıla biləcək. 4 minarəli məscid türk memar tərəfindən inşa ediləcək.

Layihədə seminar salonları, 400 nəfərlik konfrans salonu, kitabxana, restoran və yeməkxana da nəzərdə tutulur. Məscid ərazisində tikiləcək 2 mərtəbəli binada Balkan muzeyi yerləşdiriləcək.

 Sələf Xəbər: İbadət edənlərin komfortunu və rahatlığını maksimal dərəcədə nəzərə alaraq məscidlərin inşası ən xeyirxah əməllərdən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Kim Allah üçün bir məscid tiksə, Allah da onun üçün eynisini Cənnətdə tikər” (Muslim).

Digər xəbərlər