Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Barak Obama məscidə gedəcək

Fevral 01
16:34 2016

ABŞ Prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə məscidə gedəcək.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı Merilend ştatının Baltimor şəhərində yerləşən məscidi ziyarət edəcək.

ABŞ prezidentinin məscidə ilk ziyarətinin səbəbi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlıdır. Barak Obama İslam icması qarşısında çıxış etməklə yanaşı, onlarla etiqad azadlığı məsələlərini müzakirə edəcək.

Sələf Xəbər: Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)

Digər xəbərlər