Barak Obama: “Terrorçular milyard müsəlman adından danışa bilməzlər!”
908 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, çərşənbə günü ABŞ Prezidenti Barak Obama təkidlə deyib ki, İslamçı terrorçular milyard müsəlman adından danışa bilməzlər. 60 ölkənin iştirak etdiyi ekstremizim zorakılığına qarşı Ağ Ev zirvəsinin ikinci günündə o, deyib: “Biz İslama qarşı döyüşmürük, İslamı saptıranlarla savaşdayıq. İŞİD başçıları dini başçılar deyil, terrorçudurlar”.
O, bu çıxışında ABŞ-da olan müsəlman cəmiyyətlərinin başçılarını “ekstremizm zorakılığı” na qarşı səylərini daha da artırmağa çağıraraq deyib: “Radikal qruplar özlərini dini liderlər, İslamın müqəddəs müdafiəçiləri kimi göstərməyə çalışırlar. Bu səbəblə də özlərini “İslam Dövləti” kimi elan edirlər və Amerika və ümumiyyətlə, Qərbin İslam ilə müharibədə olduğu təbliğatını aparırlar. Bununla tərəfdar toplayırlar. Gəncləri radikallaşdırmağa çalışırlar. Onların ortaya qoyduğu terminləri əsla qəbul etməməliyik, çünki bunlar yalandır. Onlar dini liderlər deyil, terrorçulardır. Biz də İslam qarşı müharibədə deyilik, İslamdan saptıranlarla müharibədəyik”.
Ancaq bu andakı təxirəsalınmaz problemin İŞİD və əl-Qaidənin yaratdığı terrorizm olduğuna diqqəti çəkən Obama, ekstremizmlə mübarizənin yalnız hərbi məsələ olmadığını, bunların ideoloji, iqtisadi və siyasi aspektlərinin olduğunu da qeyd edib.
Bəzi İslam liderlərin, İslamın sülh, ədalət və xoşməramlılıq tərəfdarı olduğunu bildirdiyini xatırladan Obama, “Quranın, “Kim bir məsumu öldürərsə, bəşəriyyəti öldürmüşdür” buyurduğunu” deyib. “Bu səslər, dünya miqyasında bir milyard müsəlmanı təmsil edir” ifadəsini işlədib.
Obama, “Terrorizmdən heç bir din məsul ola bilməz, terrorizmdən və zorakılıqdan insanlar cavabdehdir” deyə bildirib.
O, həmçinin qeyd edib ki, İraq və Suriyada İŞİD terror xəvaric qruplaşmasına qarşı olan hərbi əməliyyatlar radikallığa qarşı kifayət deyil. Onlara qarşı sosial şəbəkələrin və təbliğatların da olması mühümdür.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə İslam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən, intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.