Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ Prezidenti Fələstin dövlətinin yaradılmasını dəstəkləyir

Mart 25
16:30 2015

ABŞ Prezidenti Barak Obama Fələstin dövlətinin yaradılmasının bölgədə sabitliyin bərqərar olunmasının yeganə yolu olduğunu bildirib.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

“ABŞ inanır ki, iki dövlətin yaradılması regionda sabitliyə nail olmağın ən yaxşı yoludur”, – deyə Obama qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, İsrailin Baş naziri Binyamin Netanyahunun bu məsələyə fərqli yanaşması var.

Bundan əvvəl Obama qeyd edib ki, İsrailin Baş naziri Binyamin Netanyahunun yürütdüyü siyasət yaxın illərdə müstəqil Fələstin dövlətinin formalaşdırılmasına imkan vermir münaqişənin həllinə əngəl törədir.

Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)

“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş, möcüzələr göstərmişdir. Bu Məhəmməd Peyğəmbər haqqında ilahi qayğının daha bir təzahürü idi”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər