Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Barselonada dünyanın ən böyük məscidlərindən biri tikilir

İyul 08
12:25 2014

Məscidin tikintisinə 2,2 milyard avro xərclənəcək.

ANS PRESS-in məlumatına görə, Barselonada dünyanın ən böyük məscidlərindən biri tikiləcək. İspaniya mətbuatının yazdığına görə, Qatar əmiri 2,2 milyard avroluq bu layihəni maliyyələşdirməyə razılıq verib.

Məsciddə 300 metr hündürlüyü olan minarələr olacaq. Barselona bələdiyyəsi və şəhərin xristian əhalisi məscidin tikilməsinə etiraz
etmədiyi bildirilir. Məscidin tikintisi 5 il davam edəcək. Dini mərkəzdə bütün müsəlman cərəyanlarının üzvləri ibadət edə bilər.

Qeyd edək ki, Barselona İspaniyada ən böyük müsəlman icmasına malik şəhərdir. Məscidin tikintisində 4 min insan işləyəcək.
Məsciddə 40 min insan eyni vaxtda ibadət edə biləcək. Məsciddə 300 şagird üçün Quran dərsləri keçiriləcək. Kompleksdə konfrans zalı, İslam mədəniyyət və incəsənət, elmi araşdırmalar mərkəzi, restoran və pərakəndə muzey üçün yerlər olacaq.

 Sələf Xəbər: İbadət edənlərin komfortunu və rahatlığını maksimal dərəcədə nəzərə alaraq məscidlərin inşası ən xeyirxah əməllərdən
biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Kim Allah üçün bir məscid tiksə, Allah da onun üçün eynisini Cənnətdə tikər” (Muslim).

Lakin müsəlmanlar məscidləri həddindən artıq bəzəməkdən çəkinməlidir, çünki bu israfçılıq və lovğalıq kimi günahlara gətirib çıxara bilər. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: “İnsanlar məscidlərlə bir-birilərinin qarşısında öyünmədikcə qiyamət qopmaz” (Əbu Davud).

Başqa bir hədisdə o (Allahın ona salavat və salamı olsun) deyib: “Onlar məscidlərlə öyünəcək, sonra isə onları az-az ziyarət edəcəklər” (əl-Buxari). Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi İbn Abbas (Allah ondan razı olsun) müsəlmanların nə üçün məscidlərlə öyünəcəklərini izah etmişdir: “Siz mütləq məscidləri Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz” (əl-Buxari).

Digər xəbərlər