Baş katib: Terrorun dini yoxdur
Yanvar 10
16:05
2015
938 dəfə baxılıb
BMT-nin Baş katibi Pan Qi Mun Fransada terrorçuların məhv edilməsi barədə xəbəri eşitdikdə böyük rahatlıq hissi keçirdiyini bildirib.
“Sələf Xəbər” APA-ya istinadən verdiyi xəbərə görə, bununla belə Pan Qi Mun bəyan edib ki, cinayətkar və qatillərin dini olmur.
Onun sözlərinə görə, Parisdə əsl terror aktı törədilib, lakin onun səbəbi dinlə bağlı deyil. Baş katib Fransanın bundan sonrada tolerantlıq və dini dözümlülük siyasətinə sadiq qalacağına əminliyini ifadə edib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120)