BBC: “Biz İŞİD deməyəcəyik”
803 dəfə baxılıb
İngiltərənin 120 millət vəkili BBC-nin İŞİD xəvaric terror qruplaşmasına “İslam Dövləti” deməsinə etiraz etdikləri ortaq bir məktub yazıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, BBC isə buna cavab olaraq İŞİD xəvaric terror qruplaşması deməkdən imtina edərək təşkilatı bundan sonra “Qondarma İslam Dövləti” adlandıracağını açıqlayıb.
Birləşmiş Krallığın Baş naziri Devid Kemeron bu həftə verdiyi açıqlamada BBC-nin xəbərlərində İŞİD xəvaric terror qruplaşmasının “İslam Dövləti” olaraq adlandırılmasını sərt şəkildə tənqid etmişdi.
Bu açıqlamadan sonra 120 millət vəkili BBC-yə bir məktub ünvanlayaraq xəbərlərdə bu ifadənin istifadə edilməməsini tələb etmişdi.
BBC Baş direktoru Tony Holl isə öz növbəsində quruma ünvanlanan məktuba cavab olaraq bir yazı yazıb.
“BBC bir qrupu və ya təşkilatı adlandırdığı zaman o qrupun özünü necə tanıtdığını əsas götürür. “İslam Dövləti” ifadəsini istifadə etmək belə bir dövlətin olduğuna dəlil deyil. Biz də müraciəti nəzərə alaraq bundan sonra təşkilatı “Qondarma İslam Dövləti” adlandıracağıq”.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.