Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

BƏƏ-də “Ələddinin şəhəri” tikilir – FOTO

Oktyabr 17
18:54 2016

Birləşmiş Ərəb Əmirlikləri “Ələddinin şəhəri” adlı nəhəng və unikal bir layihənin üzərində işləyir. Bu layihə barədə BƏƏ hələ 2014-cü ildə elan etmişdir.

“Min bir gecə” nağılından ilham alınaraq salınması nəzərdə tutulan şəhərin ilk mərhələdə 3 əsas binası tikiləcək. Layihəyə 3 kommersiya və 3 otel binasının inşa edilməsi daxildir. Bu binalar bir-biri ilə əjdaha və ilan şəklindəki hərəkətli döşəmələrə malik körpülərlə birləşəcək.

Selefxeber.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, 3 binadan ibarət olan tikilinin ümumi sahəsi 110 min kvadrat metr təşkil edəcək. Binaların birinin 34, diğərlərinin isə 26 və 25 mərtəbəli olacağı nəzərdə tutulub.

Layihənin məzmunu və memarlıq üslubu qədim şərq nağıllarındakı qeyri-adi günbəzə malik, buludlarda yerləşən sarayları, qızılı rəngli naxışlarla bəzədilmiş yağlı şərq çıraqlarını özündə birləşdirir.

📷

1297016580

3948103737

2654628846

3079066346

2176655743

Digər xəbərlər