Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

BƏƏ-də “əlil” sözü “igid şəxs” sözü ilə əvəz edilib

May 17
18:08 2017

Birləşmiş Ərəb Əmirliklərində fiziki və sağlamlıq imkanları məhdud şəxslər üçün ifadə olunan “əlil” sözü artıq istifadə edilməyəcək. İndi dövlət qurumları, nəqliyyat, supermarketlər, alış-veriş və istirahət mərkəzləri, eləcə də digər ictimai yerlərdə “əlil” sözü əvəzinə “igid şəxs” sözü istifadə olunacaq.

Belə ki, məsələn, əvvəllər əlillər üçün nəzərdə tutulan müəsissə və təşkilatlara işarə edən lövhələr üzərindəki “əlillər üçün” yazısı artıq “igid şəxslər üçün” yazısı ilə əvəz edilir.

Selefxeber.az-ın “İslam Today“-ə istinadən məlumatına görə, bu qərar BƏƏ-nin vitse-prezidenti, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum tərəfindən qəbul edilib. Onu da qeyd edək ki, belə bir təşəbbüsün irəli sürülməsi BƏƏ sakinləri tərəfindən fəal şəkildə dəstəklənib.

BƏƏ rəsmilərinin fikrinə görə, belə bir yenilik “igid şəxslər” üçün ölkənin gündəlik həyatında və sosial proseslərdə öz iştiraklarını artırmaq və ən geniş imkanları təmin etmək məqsədi daşıyır.

Bununla əlaqədar olaraq, ölkənin bütün qurumlarında fiziki və sağlamlıq imkanları məhdud insanlarla işləyən şəxslər üçün də yeni vəzifə müəyyən olunub. Bu vəzifəni tutan şəxslər isə “igid insanlarla qarşılıqlı münasibətlərə görə cavabdeh şəxslər” adını daşıyacaq.

Digər xəbərlər