BƏƏ İran məktəblərini bağladı
1. 875 dəfə baxılıb
İranın Təhsil nazirinin beynəlxalq əlaqələr üzrə müavini Əli Hüseyni İranın BƏƏ-dəki məktəblərinin ləğv edildiyini açıqlayıb.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, İranın Ərəb Əmirliklərinin Əbu-Dabi və Şarcadakı məktəblərinin möhürlənməsini təsdiqləyən Əli Hüseyni bunu İranla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin soyuması ilə əlaqələndirib.
Lakin iddialara görə, İran məktəblərinin fəaliyyətinə xitam verilməsi onlarda aparılan bir sıra qanunsuz tikinti işləri və həmin məktəblərin BƏƏ-də dini ekstremizmi təbliğ etməsi ilə bağlıdır.
Qeyd edək ki, həmin məktəblərdə 1500 iranlı və əfqanıstanlı şagird təhsil alırdı. Əbu-Dabi və Şarca rəsmiləri məsələ ilə bağlı hər hansı bir rəsmi bəyanat səsləndirməyib.