BƏƏ naziri: “Neft bazarında tarazlıq 2016-cı ildə yaranacaq”
732 dəfə baxılıb
Neft bazarında tələbatla təklif arasında tarazlıq 2016-cı ildə yaranacaq.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Suxeyl əl Məzrui məlumat verib. Nazir qeyd edib ki, bu, iqtisadi vəziyyətdən asılı olaraq gələn ilin əvvəlinə və ya sonuna yaxın baş verəcək.
“ABŞ hökumətinin ölkədən neftin ixracına qoyulan embarqonu ləğv etməsi bazara əhəmiyyətli dərəcədə təsir etməyəcək” – deyə Suxeyl əl Məzrui vurğulayıb.
BƏƏ energetika naziri bildirib ki, OPEK-in 2014-cü ilin sonunda neftin qiymətinin düşməsinə cavab olaraq hasilat həcminin azaldılmamasına dair qəbul etdiyi qərar 2 il müddətinə hesablanıb. O vaxtdan 1 il keçib və qərar hələ 1 il də qüvvədə qalmalıdır.
Qeyd edək ki, son aylar davamlı olaraq OPEK ölkələrinin neft hasilatının həcmi sutkada 30 milyon barel neft kvotasını üstələyib. Bu il dekabrın əvvəlində keçirilmiş toplantıda OPEK ölkələri hasilat həcminin optimal səviyyəsinə dair razılığa gələ bilməyiblər.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)